8 fevral 2011 12:12
Bakı Ruslan Leviqanı saxladı (FOTO)
Türkiyə toplanışından sonra istirahətə buraxılan “Bakı” dünəndən etibarən klubun təlim-məşq bazasında hazırlığın ikinci hissəsinə start verib. Azerisport.az xəbər verir ki, bş məşqçi Aleksandr Starkovun Latviya milli komandasının sükanı arxasında Boliviya yığması ilə oyuna hazırlaşması səbəbindən komandanı məşqə Novruz Əzimov və İqor Klimovs çıxarıb.
Bakı futbol klubunun təlim məşq bazasında keçirilən məşqdə komandanın bütün üzvləri iştirak edib. Baş məşqçinin qəzəbinə tuş gələn Roşa və Jaba isə hələ də əvəzedici komandayla məşqə çıxır. Fiziki təmrinlər üzərində qurulan məşq yüngül qaçışla tamamlanıb.
Bu arada “zolaqlılar”ın baxışa dəvət etdiyi Ruslan Leviqanın komandada qalacağı dəqiqləşib. Lakin Ukrayna “Çernomrets”inin sabiq hücumçusu ilə nə qədər müddətə müqavilə bağlanıldığı dəqiq bilinmir. Bu futbolçunun son klubu isə Qazaxıstan “Tobol”u olub.
Qeyd edək ki, “zolaqlılar” qış fasiləsindən sonra Premyer Liqada ilk oyununu fevral ayının 12-də evdə “Muğan”a qarşı keçirəcək.
