8 fevral 2011 00:21
Yığmamızın baş məşqçisi dəyişə bilər
Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasının baş məşqçi postunda tezliklə baş məşqçi dəyişikliyinə əl atıla bilər. Azerisport.az xəbər verir ki, hazırkı baş məşqçi Emil Cabbarovun əvəzində millimizin sükanı arxasına əcnəbi mütəxəssisin gətiriləcəyi gözlənilir.
Lakin hələlik, bu məlumat rəsmi olaraq təsdiqlənmir.
