8 fevral 2011 12:50
Xəzər Lənkəran`da növbəti imza (FOTO)
Bütün mövqelərdə gücləndirmə aparan “Xəzər Lənkəran” daha bir futbolçunu öz heyətinə cəlb edib. Azerisport.az xəbər verir ki, komandanın növbəti transferi rumıniyalı müdafiəçi Adrian Skarlatakedi.
Baxışdan uğurla keçən 24 yaşlı futbolçu bundan sonra cənub təmsilçisinin şərəfini qoruyacaq. Əsasən sağ cinah müdafiəçisi kimi tanınan Adrian həm də arxa zonanın mərkəzində yer ala bilər. Futbolçu “Xəzər Lənkəran”ın sıralarına “Dinamo” (Buxarest) komandasından qoşulub.
İcarə əsasında müxtəlif Rumıniya klublarında çıxış etmiş yeni trasnfer karyerası ərzində keçirdiyi 140-dan çox oyunda 4 dəfə qol vurmağa da nail olub. Maraqlıdı ki, klubun digər yeni transferi Nikulae Muşatla eyni yaşda olan Skarlatake öz həmyerlisindən cəmi bir gün kiçikdi.
