8 fevral 2011 12:56
Yığmamızı Dubayda stadiona buraxmadılar
Azərbaycan yığması təlim-məşq toplanışında olduğu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində problemlə üzləşib. Azerisport.az xəbər verir ki, komandamız yeni ildəki ilk oyununu keçirəcəyi “Əl-Şabab” stadionuna buraxılmayıb.
Qeyd edək ki, millimiz sabah - fevralın 9-da Macarıstanla beynəlxalq yoldaşlıq görüşünü məhz həmin arenada keçirməlidi. Bu üzdən komandamız oyun öncəsi məşqini məhz həmin arenada keçirmək istəsə də, buna imkan verilməyib.
