9 fevral 2011 01:06
Joel Epalle: Azərbaycana getdiyimə görə təəssüflənirəm
“Bakı”nın sabiq futbolçusu Joel Epalle karyerasını Yunanıstanın “İraklis” klubunda davam etdirəcək. Azerisport.az xəbər verir ki, kamerunlu yarımmüdafiəçi Yunanıstan mətbuatına açıqlamasında ölkəmizə gəlməsinə təəssüfləndiyini dilə gətirib:
“Mən “İraklis”i tərk edərkən Almaniyanın “Bochum” keçdim. Almaniya çempionatında çıxış edərkən, orda çox böyük təcrübə topladım. Ondan sonra isə Azərbaycana yollandım. Orda yaxşı pul verirdilər. Ancaq indi ora getdiyimə görə təəssüflənirəm”.
