9 fevral 2011 01:18

Foqtslu yığmamızın 2011-ci ildəki ilk ciddi sınağı

Futbol üzrə Azərbaycan millisi bu gün 2011-ci ildə ilk ciddi oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, yanvarın 27-dən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan Berti Foqtsun yetirmələri yeni ildə ilk ciddi sınağını Macarıstanla yoldaşlıq görüşündə vermiş olacaq.
 
Maraq üçün bildirək ki, əslində Foqts futbolçularımızı bu il bir oyunda sınaqdan keçirib. Lakin elə hazırkı toplanış çərçivəsində bir neçə gün öncə baş tutan Ukraynanın “Metallist” (Xarkov) klubuyla görüş daha çox məşq, yoxlama xarakterli idi və heç də əsas heyət oyunçularımızın iştirakı ilə baş tutmadı. Nə qədər arzolunmaz olsa da, əsas komandamızın bu kluba minimal hesabla məğlub olması da, o qədər də ciddi qəbul olunmadı və hər kəs bu günkü görüşü gözləməyə başladı.
 
Macarıstanla qarşılaşma isə, tam fərqli xarakter daşıyır. Düzdü, seçmə mərhələ oyunları qədər əhəmiyyətli olmasa da, hər halda FİFA-nın yoldaşlıq görüşləri üçün nəzərdə tutduğu günə təsadüf edən rəsmi sınaq matçıdı. Üstəlik, bu görüşün nəticəsinin birbaşa FİFA-nın yığma komandalar üçün açıqladığı reytinq siyahısında da nəzərə alınacağını qeyd etsək, o zaman matçın əhəmiyyəti tam şəkildə aydınlaşmış olar.
 
Sandor Egervarinin çalışdırdığı Macarıstan millisini sıradan rəqib hesab etmək olmaz. Həm bu gününə, həm də vaxtilə yığmamızla qarşılaşdığı tarixi oyunlara görə. Öncə rəqibimizin hazırkı durumundan danışaq. AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində E qrupunda qərarlaşan macarlar yalnız Hollandiyadan geri qalmaq şərtilə ikinci pillədə qərarlaşıb. 4 oyundan üçünü qələbə ilə başa vurub, cəmi 1-də məğlub olan komandamızın rəqibi İsveç, Moldova, Finlandiya və San-Marinonu qabaqlayır.
 
Berti Foqts millimizin rəqibi kimi Macarıstanla ilk dəfə qarşılaşacaq. Lakin yığmamızın indiyə kimi 4 dəfə bu rəqiblə yolları kəsişib. Təəssüflə də olsa, qeyd etməliyik ki, macarlar komandamız üçün uğursuz rəqibdi. Çünki indiyədək baş tutan 4  matçın hamısında millimiz meydanı başıaşağı tərk edib. Özü də macarlar hər dəfə millimizi ən azı 3 qolla məyus etməyi bacarıblar. 1996 və 1997-ci illərə təsadüf edən DÇ-nin seçmə mərhələsinin oyunlarından evdəki görüşü 0:3, səfərdəki qarşılaşmanı isə 1:3 uduzmuşuq. AÇ-nin seçmə mərhələsi çərçivəsində baş tutan görüşlər isə daha pis alınıb. 1998-ci ildə Bakıda 0:4 hesabıyla, 1999-cu ildə isə Budapeştdə 3 cavabsız qolla məğlub olmuşuq.
 
İndi almaniyalı mütəxəssis bu uğursuz seriyaya son qoymalıdı. Maraq üçün xatırladaq ki, Azərbaycan – Macarıstan duellərində öncə Kazbek Tuayev, sonrakı 2 matçda Vaqif Sadıqov, axırıncı qarşılaşmada isə Əhməd Ələsgərov məğlubiyyətə üzülüb. Düzdü, Foqtsdan fərqli, onlar seçmə mərhələ görüşündə macarlar qarşısında aciz qalıb. Bu günkü oyunu fərqləndirən əsas məqam isə şübhəsiz ki, qarşılaşmanın sadəcə yoldaşlıq matçı xarakteri daşımasıdı.
 
Berti Foqts üçün macarlarla duel başqa bir məqamla da əlamətdar olacaq. Çünki almaniyalı mütəxəssis komandamızı ən çox meydana çıxaran iki mütəxəssisdən biri olacaq. Qeyd edək ki, bu günə kimi sözügedən rekord (33 oyun) hazırda Rusiyanın "Anji" klubunda çalışan Vaqif Sadıqova məxsus idi. 3 müxtəlif vaxtda komandamızı çalışdıran həmyerlimizin rekorduna şərik çıxacaq Foqts bundan sonrakı görüşlərdə də bir qayda olaraq öz rekordlarını yeniləmiş olacaq.

İlk rəsmi oyununu 1992-ci ildə keçirmiş milli komandamızın Macarıstanla bu günkü dueli tarixindəki 172-ci qarşılaşma olacaq. Lakin yeni ildəki ilk ciddi və rəsmi sınaq olduğundan komandamızın qələbə qazanması, ən azı uduzmaması daha vacib əhəmiyyət daşıyır. Axı belədə qarşıdakı görüşlər öncəsi də futbolçularımızın özlərinəinamı artmış olar.
 
Görüşün FİFA reytinqində nəzərə alınması da komandamızın üzvlərini diqqətli olmağa vadar edən məqamlardandı. Maraq üçün bildirək ki, hazırda Azərbaycan ötən ayla müqayisədə 2 pillə geriləyərək, 344 xalla 99-cu pillədə qərarlaşıb. Macarıstan yığması isə 4 pillə irəliləyərək 632 xalla 37-ci yerdə qərarlaşıb.
 
Sonda onu da vurğulayaq ki, Berti Foqts Dubaya 27 futbolçu aparmağa qərar versə də, hazırda onların heç də hamısı sərəncamında deyil. BƏƏ-yə aparılan dörd futbolçumuz – Saşa Yunisoğlu (“Qəbələ”), Amit Quluzadə (“Neftçi”), Maksim Medvedev (“Qarabağ”) və Əziz Quliyev zədə üzündən millinin hazırlığından kənarlaşdırıldı. Lakin sevindirici məqam da ondan ibarətdi ki, artıq yığmamızın kapitanı Rəşad Sadıqov Türkiyənin “Eskişehirspor”, Mahir Şükürov isə Rusiyanın “Anji” klubunun düşərgəsindən ayrılaraq, komandamızın hazırlıq prosesinə qoşulub və macarlarla görüşdə sırada olacaqlar.
 
Azerisport.az-ın müxbirinin komandamızın dünən baş tutan son hazırlıq prosesindəki müşahidələrinə əsasən qeyd etmək olar ki, baş məşqçi Berti Foqts bugünkü görüşdə aşağıdakı start heyətinə üstünlük verəcək: Kamran Ağayev, Rəşad Sadıqov, Vurğun Hüseynov, Elnur Allahverdiyev, Rail Məlikov, Ruslan Abışov, Mahir Şükürov, Rahid Əmirquliyev, Elvin Məmmədov, Vaqif Cavadov, Murad Hüseynov.
 
Bütövlükdə isə, yığmamızın bu günkü oyununda forma geyinmək imkanı qazanacaq futbolçuları bunlardı:
 
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Aqil Məmmədov (Bakı), Andrey Popoviç (Abşeron);
Müdafiəçilər: Rəşad Sadıqov (Eskişehirspor, Türkiyə), Mahir Şükürov (Anji, Rusiya), Vladimir Levin (İnter), Vurğun Hüseynov (Turan), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Samir Abasov (Qarabağ), Elnur Allahverdiyev – (Xəzər Lənkəran);
Yarımmüdafiəçilər: Fabio Luis Ramim (Bakı), Samir Zərgərov (Gəncə), Amit Quluzadə, Cavid Hüseynov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Aleksandr Çertoqanov (İnter), Elnur Abdullayev (Muğan), Elvin Məmmədov (Qarabağ), Arif İsayev (Qəbələ);
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (Bakı), Murad Hüseynov (Qəbələ).
 
Beynəlxalq yoldaşlıq oyunu
9 fevral
 
21:00. Azərbaycan – Macarıstan

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.