9 fevral 2011 13:24

“XL-a qarşı mübarizə aparmaq mənim çoxdankı arzumdu”

"Neftçi"nin gənc futbolçusu Cavid İmamverdiyev "Xəzər Lənkəran"la görüş barəsində danışıb. Azerisport.az onunla müsahibəni təqdim edir.
 
- "Neftçi"ni qarşıda "Xəzər Lənkəran"la vacib görüş gözləyir. Oyunöncəsi hansı hissləri keçirirsən?
- "Böyuk oyun"da baş məşqçimiz mənə şans versə, bu mənim "Neftçi"nin heyətində "Xəzər Lənkəran"a qarşı ilk oyunum olacaq. Bildiyiniz kimi mən "Karvan"ın heyətində çıxış etdiyim zaman artıq Lənkəran təmsilçisinə qarşı mübarizə aparmışam. "Neftçi" və "Xəzər Lənkəran" arasında həmişə prinsipial oyunlar olub. Fevralın 13-də baş tutacaq görüş, Premyer Liqanın ən baxımlı matçlarından biri olacaq. Bu oyun ətrafında hər zaman gərgin atmosfer olur. Belə oyuna köklənməyə ehtiyac yoxdu.
 
- Özünü "Böyük oyun"a hazır sayırsan. Meydanda 90 dəqiqə mübarizə apara biləcəksən?
- Əlbəttə, "Xəzər Lənkəran"a qarşı mübarizə aparmaq mənim çoxdankı arzumdu. Meydanda 90 dəqiqə mübarizə aparmağa tam hazıram. Antalyada təlim-məşq toplanışında olarkən biz bu oyuna hazırlaşırdıq və bütün fikrimizi bu oyuna yönəltmişik. İnanıram ki, "Xəzər Lənkəran" üzərində qələbə qazanaraq turnir cədvəlində ki, liderliyimizi davam etdirəcəyik.
 
- Buradan azarkeşlərə nə demək istərdin?
- Bütün azarkeşləri, bütün "Neftçi" sevərləri bu oyuna dəvət edirəm. Gəlsinlər, bizi bu oyunda dəstəkləsinlər, çünki azarkeş komandanın 12-ci oyunçusudu. Onların tribunaları ağ-qara rənglərə bürüməsini istəyirəm. Biz isə öz qələbəmizlə onları sevindirəcəyik.
 
Mənbə: klubun rəsmi saytı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.