9 fevral 2011 19:50
İnter Antalya toplanışını Olimpia ilə oyunla başa vurdu (YENİLƏNİB)
Antalyada qış təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olan Bakının "İnter" klubu bu gün daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, ölkə çempionunun bu dəfəki rəqibi Moldovanın "Olimpia" komandası olub.
Qarşılaşmada tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, hesab açılmayıb - 0:0. Qeyd edək ki, bu komanda ötən yay Avropa Liqasında “Xəzər Lənkəran”la düşmüş və təmsilçimizi mübarizədən kənarlaşdırmışdı.
Bu oyunla qardaş ölkədəki toplanışı başa vuran son Azərbaycan çempionu sabah vətənə dönəcək və həftəsonu baş tutacaq "Simurq"la oyuna hazırlığı bərpa edəcək.
Yoxlama oyunu
9 fevral
İNTER - OLİMPİA - 0:0
