9 fevral 2011 14:28
Ramiz Məmmədov Antalyada qalmağa qərar verdi
Qazaxıstanın “Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışlarının vaxtını uzatmağa qərar verib. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin çalışdırdığı komandanın Antalyadakı ikinci toplanışının yanvarın 25-dən fevralın 8-nə kimi davam edəcəyi bildirilirdi.
Lakin baş məşqçi Ramiz Məmmədovun istəyi ilə bu hazırlıq prosesi daha 12 gün, bir qədər də dəqiqləşdirsək, fevralın 20-nə kimi davam edəcək.
