9 fevral 2011 14:48
Radomir Todorov qalır
“Bakı” futbol klubu qış fasiləsində baxışa dəvət etdiyi Qazaxıstanın “Tobol” klubunun sabiq hücumçusu Ruslan Leviqa ilə yanaşı, “Xəzər Lənkəran”ın transferə çıxardığı Radomir Todorovu da heyətində saxlayacaq. Azerisport.az xəbər verir ki, sabiq XL-lı ilə bu günlərdə bir illik müqavilə bağlanacaq.
Lakin sözləşmənin detallarına klubun baş meneceri Zeynal Məmmədovun ölkə xaricindən qayıdışından sonra aydınlıq gəlmiş olacaq. “Zolaqlılar”ın yeni baş məşqçisi Aleksandr Starkova gəlincə, o, rəhbərliyə həm Leviqanı, həm də Todorovu bəyəndiyini bildirib.
