9 fevral 2011 15:24
Millimizin 3 üzvü üçün əlamətdar oyun
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan yığması Macarıstanla yoldaşlıq matçında üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, milli komandamızın bəzi üzvləri üçün bu oyun xüsusi əhəmiyyət daşıyır.
Məsələ burasındadı ki, bu günkü qarşılaşmanın nəticəsi "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev üçün xüsusi önəm kəsb edəcək. Çünki məhz belə bir oyun günü futbolçumuzun 25 yaşı tamam olur.
Lakin bu qarşılaşma “İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanovla “Qarabağ”ın hücumçusu Rauf Əliyev üçün də az önəm kəsb etmir. Çünki Saşa dünən doğum gününü qeyd edirdisə, 3 gün sonra da Rauf 21 yaşını qeyd edəcək. Bu gün gənc forvard həm də meydana çıxacağı halda millidə 10-cu oyununu keçirəcək.
