9 fevral 2011 20:25
Kərimov qatılmadı, Hacıyev məşqi yarımçıq tərk etdi
“Qarabağ” “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Bakıda ilk məşqini dünən İdman Akademiyasının stadionunda keçən Qurban Qurbanovun komandası 1 saatlıq çalışmayla kifayətlənib.
Yeni transferlər İlqar Qurbanov, Bojan Pavloviç və Nderim Nedzipinin də qatıldığı çalışma təxminən 1 saat davam edib. Daha çox futbolçuların kondisiyalarının bərpasına həsr edilmiş çalışmada zədəli Sahil Kərimov iştirak etməyib. Ayağında ağrı hiss edən Aftandil Hacıyev isə məşqi yarımçıq tərk edib.
