9 fevral 2011 21:22
Birinci divizion klubundan 5 transfer
Futbol üzrə Azərbaycan birinci divizionunda mübarizə aparan Qazaxın "Göyəzən" klubu 5 futbolçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, klubun Peşəkar Futbol Liqasına təqdim etdiyi əlavə sifariş vərəqəsində aşağıdakı futbolçuların adları qeyd edilmişdir:
Müdafiəçilər: Vüsal Əsədov, Qədir Məmmədov
Yarımmüdafiəçilər: Anar İmamquliyev, Rəşad Dərvişov
Hücumçu: Fərid Alıyev
