9 fevral 2011 21:48
Xəzər Lənkəran`dan 5 qol, Vobaydan dubl
Bu gün Lənkəranda “Xəzər Lənkəran” klubunun əsas və əvəzedici heyətləri arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, matç 5:0 hesabı ilə əsas komandanın xeyrinə bitib.
Qarşılaşmada Emeka Opara və yeni transferlərdən olan Julius Vubay hərəyə iki qol vurublar. Daha bir topu isə heyətə yeni cəlb olunan digər futbolçu Aleksandr Pitsurka keçirib. Təqribən 6 min azarkeşin stadionda izlədiyi oyunda baş məşqçi Mirça Rednik yeni trasnferlər də daxil olmaqla demək olar ki, sərəncamında olan bütün futbolçulara şans verib.
