9 fevral 2011 11:04
Rəşad Abdullayev: Xəzər Lənkəran`a yaxşı bələdəm
"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev "Xəzər Lənkəran"la oyun öncəsi fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu vaxtilə çıxış etdiyi komandaya qarşı oyunu belə dəyərləndirib:
"Xəzər Lənkəran" - "Neftçi" oyunları həmişə prinsipial olub. Bu oyun mənim üçün ən vacib oyunlardan biridi. Düzdür, Premyer Liqada zəif rəqib yoxdu. Amma bu bir derbidi, 3 xallıq yox, 6 xallıq oyundu. Mən özüm "Xəzər Lənkəran"da çıxış etmişəm və bu komandaya yaxşı bələdəm, keçmiş komandama qarşı çıxış edəcəm. Bir növ keçmiş klubuma qarşı mübarizə aparmaq, mənim üçün bir stimuldu. Çalışacağam ki, oyunumla komandama xeyir verim. İnanıram ki, ilk görüşdəki məğlubiyyətin əvəzini çıxaraq, qələbə qazanacağıq. Belə olan təqdirdə turnir cədvəlində liderlik mövqeyimizi daha da möhkəmlədəcəyik. Mən bütün "Neftçi"sevərləri derbi oyununa dəvət edirəm, gəlsinlər bizi dəstəkləsinlər və bizdə öz növbəmizdə onlara qələbə sevinci yaşadaq" - deyə futbolçu klubun rəsmi saytına açıqlamasında bildirib.
