9 fevral 2011 22:49
Millimizin Macarıstan sindromunu Foqts da qıra bilmədi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan milli komandası bu gün 2011-ci ildə ilk ciddi oyununa çıxıb. Azerisport.az xəbər verir ki, yanvarın 27-dən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan Berti Foqtsun yetirmələri yeni ildə ilk ciddi sınağını Macarıstan qarşısında verib.
Yığma komandamızın tarixində 172-ci matç kimi yadda qalacaq bu görüşdə baş məşqçi Berti Foqts indiyə qədər 4 dəfə qarşılaşıb, heç vaxt qalib gələ bilmədiyimiz bu rəqiblə görüşlərdəki uğursuz sindroma son qoymalı idi. Lakin təəssüf ki, Foqts üçün də xüsusi əhəmiyyət daşıyan bu görüş yenə millimizin yenilgisi ilə başa çatdı. Beləcə, millimiz 2011-ci ilə məğlubiyyətlə başladığı halda, Foqts komandamızı ən çox meydana çıxaran Vaqif Sadıqovun rekorduna şərik çıxdı.
Beynəlxalq yoldaşlıq oyunu
9 fevral
AZƏRBAYCAN – MACARISTAN - 0:2 (0:1)
Qol: Rudolf, 37 (0:1), Tamaş Haynal, 81 (0:2).
Dubay. “Əl-Şabab” stadionu.
Baş hakim: Mohammed Abd Əlkərim (BƏƏ)
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Rail Məlikov (25. Cavid Hüseynov, 84), 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 8. Aleksandr Çertoqanov (27. Arif İsayev, 70), 13. Vurğun Hüseynov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 19. Rahid Əmirquliyev, 26. Murad Hüseynov (11. Rauf Əliyev, 46).
Ehtiyat oyunçular: 12. Andrey Popoviç, 6. Samir Zərgərov, 9. Samir Abasov, 10. Elvin Məmmədov, 17. Vüqar Nadirov, 20. Fabio Luis Ramin, 21. Vladimir Levin, 22. Elnur Abdullayev, 23. Aqil Nəbiyev.
MACARISTAN: Qabor Kirali (Marton Fulop, 46), Pol Lazar, Vilmoş Vantsak, Roland Yuhaş, Latsko Şolt (Kristian Vermes, 69), Zoltan Gera (k), Vladimir Koman (Tamaş Haynal, 46), Akoş Elek (Jozef Varqa, 86), Balaş Dşudşak, Tamaş Prişkin (Atilla Tokoli, 46), Gergeli Rudolf (Kristian Vadots, 46).
Ehtiyat oyunçular: 12. Andrey Popoviç, 6. Samir Zərgərov, 9. Samir Abasov, 10. Elvin Məmmədov, 17. Vüqar Nadirov, 20. Fabio Luis Ramin, 21. Vladimir Levin, 22. Elnur Abdullayev, 23. Aqil Nəbiyev.
MACARISTAN: Qabor Kirali (Marton Fulop, 46), Pol Lazar, Vilmoş Vantsak, Roland Yuhaş, Latsko Şolt (Kristian Vermes, 69), Zoltan Gera (k), Vladimir Koman (Tamaş Haynal, 46), Akoş Elek (Jozef Varqa, 86), Balaş Dşudşak, Tamaş Prişkin (Atilla Tokoli, 46), Gergeli Rudolf (Kristian Vadots, 46).
Matç başladı. Millimizə uğurlar arzulayırıq!
3. Topa hələ ki, daha çox futbolçularımız nəzarət edir
4. Dşudşakın zərbəsi yan keçir
8. Komandamız künc zərbəsindən yararlanmaq istəyir. Mahir topu itirir
8. Vaqifdən Zidansayağı driblinqlər. Lakin onu kobudluqla dayandırırlar
9. Cərimə zərbəsini Ruslan sağ cinahdakı Mahirə ötürür, lakin onun qapı önünə asması yaxşı alınmır
12. Macarlar yenə kobud oynayır. Bu dəfə Muradı kobudluqla dayandırırlar
13. Ruslanın yerinə yetirdiyi cərimə zərbəsi nəticəsizdi
14. Komandamız qola çox yaxın oldu. Elnurun qapı önünə ötürməsi tirdən qayıtdı
15. Rail rəqibə qarşı cərimə meydançası yaxınlığında kobud oynayır
16. Cərimə zərbəsini müdafiəçilərimiz zərərsizləşdirir
18. Vurğun komandamızı böyük təhlükədən xilas etmiş olur
19. Mahir rəqib qapıçının çox irəli çıxdığını görüb uzaqdan zərbə vurmaq qərarına gəlsə də, dəqiq olmur
22. Prişkin Vurğun Hüseynovun üzünə zərbə endirdiyinə görə sarı vərəqə ilə cəzalanır
22. Rəqib komandanın üzvləri çox kobud oynayır. Bu isə daha çox komandamızın fəallığının nəticəsidi
25. Bu dəfə Murad hücumda rəqibinə qarşı kobudluq edir
32. Rəqibin təhlükəli vəziyyəti. Rudolfun qüvvətli zərbəsini son anda Kamran sol əliylə dəf edir. Ardından Vurğun topu kornerə çıxarır
37. Rudolfun fəallığı qolla nəticələnir. Oyundaşının müdafiənin arxasına atdığı topa yetişən hücumçu Kamranı məyus edir - 0:1
40. Rudolf yenə təhlükə yarada bilərdi. Lakin son anda topu itirir
43. Mahir cərimə meydançasının yaxınlığında topu ələ keçirsə də, qüvvətli zərbəsi üstdən keçir
45. Rəqib komandamızı qapısına sıxışdırıb. Öncə Vurğun, daha sonra Kamran təhlükəni sovuşdurur
45+1. Əlavə olunan 1 dəqiqə də başa çatır. Komandamız fasiləyə məğlub yollanır
İkinci hissə başladı
46. Fasilədə Muradın əvəzinə Rauf Əliyev meydana çıxır
46. Rəqib komandada isə Qabor Kiralini Marton Fulop, Tamaş Prişkini Atilla Tokoli, Gerqeli Rudolfu Kristian Vadots, Vladimir Komanı isə Tamaş Haynal əvəzləyir
49. Rəqibin cərimə zərbəsi. Dşudşak dəqiq oynamır
51. Raufu cərimə meydançası yaxınlığında yıxırlar. Cərimə zərbəsi
52. Öncə Mahirin zərbəsi canlı səddən qayıtdı, Ruslanın təkrar zərbəsi isə qapının üstündən keçdi
56. Raufa qarşı eyni nöqtədə növbəti qayda pozuntusu
57. Ruslanın çox gözəl zərbəsini rəqib qapıçı eyni gözəlliklə kornerı çıxardı
58. Ardıcıl 2 künc zərbəsindən heç bir nəticə hasil olmadı
59. Çertoqanovdan qapı ağzına çox ideal ötürmə...Lakin Raufun zərbəsi qapının yanından keçir
62. Rəqibin çox təhlükəli hücumu zamanı son anda bəxtimiz gətirdi
66. Komandamız hücumda fəaldı. Vaqifi kobudluqla dayandırırlar. Roland Yuhaş sarı vərəqə ilə cəzalanır
67. Vaqifin qüvvətli zərbəsini yenə qapıçı dəf etməyi bacarır
69. Latsko Şoltu Kristian Vermes əvəzləyir
70. Çertoqanovu Arif İsayev əvəzləyir
76. Qapımız qarşısında təhlükəli vəziyyət. Ofsayd qeydə alınır
78. Raufa qarşı növbəti kobudluq. Komandamızın cərimə zərbəsi çox təhlükəli alınsa da, hesab dəyişmir
80. Zoltan Gera sarı vərəqə alır
81. Macarlar komandamızın qapısından ikinci topu keçirirlər. Tamaş Haynal - 0:2
84. Rail Məlikovu Cavid Hüseynov əvəzləyir
86. Akoş Eleki Jozef Varqa əvəzləyir
87. Kamran Ağayev komandamızı 3-cü qoldan xilas edir
90. Əsas vaxta 2 dəqiqə əlavə olunur və komandamızın məğlub olacağı şübhə doğurmur
90+2. Kamran Dşudşakın zərbəsini dəf etməklə, yenə komandamızı qolan xilas edir
Matç başa çatdı
