9 fevral 2011 12:02

Toni Adams: O, istedadlı futbolçudu, amma...

Premyer Liqanın 20-ci turu çərçivəsində fevralın 13-də səfərdə “Qarabağ”la qarşılaşacaq “Qəbələ” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, gündə iki dəfə məşqə çıxan komandanın heyətində itkilər olmasa da, Saşa Yunisoğlunun dünənki məşqdə belində ağrılar hiss etməsi onun “Qarabağ”la oyunda çıxışını sual altında qoyub.
 
Matç öncəsi kollektivdəki ab-hava ilə bağlı fikirlərini açıqlayan baş məşqçi Toni Adams yeni transferlərin durumunu da dəyərləndirib: “Komandada yüksək psixoloji durum hökm sürür. Hamı üzərinə düşən məsuliyyəti dərk edir. Futbolçularım səylə çalışırlar. Yeni transferlərin kollektivə qatılması heyətdəki rəqabəti artırıb. Onlar artıq komandaya uyğunlaşıblar. O ki qaldı onların növbəti matçda oynayıb-oynamayacağına bunu futbolçuların özləri müəyyənləşdirəcəklər.
 
Kollinz hələ fiziki olaraq tam hazır deyil. Amma onun qarşıda iki günü var. Özünü yaxşı tərəfdən göstərə bilsə ona şans verə bilərəm. Banqura psixoloji və fiziki baxımdan hazırlıqlı görünür. Böyük ehtimalla növbəti 3 qarşılaşmada ondan yararlanacağıq. Nuran Qurbanov “Qəbələ”nin gələcəyinə hesablanmış transferdi. İstedadlı futbolçudu, amma təcrübəsi az olduğuna görə onun xidmətindən məhdud istifadə edəcəyəm. Murad Hüseynovun durumunu isə yığma komandanın düşərgəsindən hansı vəziyyətdə dönməsinə görə dəyərləndirəcəyik.”

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.