9 fevral 2011 15:55
Yığmamız Özbəkistana uduzdu (YENİLƏNİB)
Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan milli komandasının eksperimental heyəti ilə Özbəkistan yığması arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, saat 12:00-da başlayan qarşıaşmanın sonunda gülən tərəf özbəklər olub - 1:2.
Qeyd edək ki, dünən başa çatan Bakıdakı futzal turnirinin açılış turunda yığmamızın əsas heyəti məhz özbəklərlə qarşılaşmış, ilk hissədə 3 cavabsız qol buraxsa da, fasilədən sonra 5 top vurmaqla qələbə qazanmışdı.
