9 fevral 2011 00:33

Kamran Ağayev: Foqts guya nə vaxt razı qalıb ki?

Futbol üzrə yığma komandamızın və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev azerisport.az saytına müsahibə verib.
 
- Yığmamızın baş məşqçisi Berti Foqts futbolçulardan narazı olduğunu deyir. Onun sözlərinə görə, komandamız müdafiədən hücuma gec keçir...
- Foqts guya nə vaxt razı qalıb ki? O, həmişə narazıdı. İşləmək lazımdı, vaxta ehtiyac var. Əgər məşqçi razı qalsaydı, onda nəticə olmazdı ki.
 
- O, əsasən müdafiədən hücuma ləng keçməkdnə narazıdır. Foqtsun fikrincə, futbolçular meydanda tez qərar qəbul etmirlər...
- İşləmək lazımdır. Birdən-birə heç nə olmur. Öz üzərimizdə işləməliyik və buna vaxt lazımdır. Məşqçi həmişə narazı olur. İnşallah, işləyərik, nəticə əldə edərik və bizdən razı olar.
 
- Oyunlardakı eksperimentlər nəticə qazanmağa maneə olmur ki?
- Millidəki oyunçuların hamısı təcrübəli, ağıllıdırlar. Bura elə-belə, təsadüfi futbolçular gəlmir. Həm də əvəzolunmaz futbolçu yoxdu. Bütün oyunçular matça hazırdılar. Ola bilər ki, gənc futbolçular özlərini bir qədər yad yerdə hiss edirlər. Ancaq bu da normal bir haldı.
 
- Qarşıdakı oyunda hansı nəticəyə ümid edirsiz?
- Bütün oyunlarda rəqibdən asılı olmayaraq, qələbə üçün çalışıram.
 
- Macarıstan yığması üzərində qələbəmiz realdı?
- Özümə inanmasaydım, meydançaya çıxmazdım. Allah eləsin ki, qələbə qazanaq.
 
- Rəqibin hücumçularından hansıları xüsusi qeyd edə bilərsiz?
- Mən düzünü desəm onlar yox, komandam haqda düşünürəm. Öz oyunumuz daha vacibdi. Yaxşı oynasaq, qələbə də qazana bilərik.
 
- Həftəsonu Premyer Liqa çərçivəsində “Neftçi” – “Xəzər Lənkəran” görüşü baş tutacaq. Paytaxt klubunun üzvləri ilə “Böyük oyun” haqda danışırsızmı?
- Mən hələlik yığmadayam və başqa nəsə danışmaq istəmirəm. Amma belə “Neftçi”nin oyunçuları ilə düşmən deyiləm. Millinin hazırlıq prosesində də onların heç birinə düşmən gözüylə baxmırıam. Biz hamımız dostuq. “Neftçi” ilə oyun haqda isə düşünmürəm. İndi sadəcə yığma komandanı, sabahkı oyunumuzu düşünürəm. Nə vaxt klublarımızın heyətində meydanda üz-üzə gəlsək, onda artıq qardaş olmayacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.