9 fevral 2011 12:41
Manchester United Qəbələ`ni darmadağın etdi
İngiltərəyə təlim-məşq toplanışına yollanan “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası Toni Adamsın vətənində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Manchester United”in eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan futbolçularımız məğlubiyyətlə üzləşiblər – 0:3.
Qarşılaşma Mançester klubunun əsas heyətinin məşq etdiyi Karringtonda baş tutub. “Qəbələ” ikinci matçda “Everton”la qarşılaşacaq.
