9 fevral 2011 00:53
Lam: Azərbaycanla oyunumuz adi qarşılaşma olmayacaq
Almaniya yığmasının və Münhenin “Bayern” klubunun müdafiəçisi Filipp Lam hesab edir ki, İtaliya yığması ilə bu gün keçirəcəkləri yoldaşlıq görüşü AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki qarşıdakı oyunlara hazırlıq baxımından çox əhəmiyyətlidi. Azerisport.az xəbər verir ki, millimizlə eyni qrupda yer alan Bundestimin kapitanı bu haqda danışarkən aşağıdakıları vurğulayıb:
“Bu çox vacib matçdı. İtalyanlarla duelimiz bizə rəsmi oyunlara tam şəkildə hazırlaşmaq baxımından çox yardımçı olacaq. Axı bizi heç də adi olmayan qarşılaşmalar gözləyir, hətta Azərbaycanla”.
