9 fevral 2011 12:54
XL və Mirça Rednik Rumıniyaya nə qədər xeyir verib?
Rumıniya mətbuatı “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin həmyerlilərini Azərbaycana gətirməklə, ölkəsinə nə qədər xeyir verdiyini müəyyənləşdirməyə çalışıb. Azerisport.az xəbər verir ki, onlar Rumıniyada çıxış edən bəzi futbolçuların Azərbaycan klubuna keçid qiymətlərini açıqlayıblar.
Məlum olub ki, XL Andrey Mureşana görə 400, Julius Vobaya görə 300, Adrian Pitə görə isə 200 min avro xərcləyib. Lakin Rednikin gətirdiyi digər futbolçuların konkret qiymətləri barədə məlumat verilmir.
