10 fevral 2011 13:16
BƏƏ-dəki soydaşlarımız Elxan Məmmədovu məyus edib
AFFA-nın baş katibi Elxan Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Macarıstanla keçirdiyimiz yoldaşlıq oyununda komandamıza azarkeşlik edən tərəfdarlarımızın azlığından məyus olub. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən oyunun detalları haqda danışmayacağam. Sadəcə məni çox üzən bir fakt var idi ki, o da, oyuna çox az sayda azərbaycanlı azarkeşlərin gəlməsi idi. Bizim Dubayda yaşayan həmyerlilərimizin sayı heç də az deyil. Ən azı macarlardan az olmadıqları dəqiqdi. Ancaq stadionda heç də belə görünmürdü. Buna görə çox məyus oldum”.
