10 fevral 2011 13:27

XL-la derbi öncəsi fanatlarla görüş və qələbə vədi

"Xəzər Lənkəran"la derbi öncəsi "Neftçi" rəsmiləri və futbolçular "Flaqman" və "UltraNeftçi" fan-klublarının ofisinə baş çəkərək, fanatlarla görüşüblər. Azerisport.az xəbər verir ki, görüşdə "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov, baş məşqçi Arif Əsədov, futbolçular - yeni transfer, braziliyalı Rodriqinyo, özbəkistanlı bombardir Bahodir Nasimov, makedoniyalı Slavko Georgievski, Cavid İmamverdiyev və Ruslan Qurbanov iştirak edib.
 
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov çıxışında klub prezidenti Sadıq Sadıqovun azarkeşlərə komandanın hər zaman yanında olduqları üçün təşəkkürünü çatdırıb. Həmçinin, vitse-prezident klub fanatlarından oyunun əsl derbi ab-havasında keçməsi üçün tribunaları doldurmasını istəyib. O, azarkeşlərə yaşıl meydanda 90 dəqiqə gərgin mübarizənin olacağını, güclü olanın qalib gələcəyini bildirib. Tahir Süleymanov belə vacib oyunda fanatların rolunun danılmaz olduğunu, onların komandanın 12-ci oyunçusu olduğunu qeyd edib.
 
Flaqmanın baş məşqçi Arif Əsədov çıxış edərək, təlim-məşq toplanışı barədə məlumat verib və keçdikləri yüksək səviyyəli hazırlığın komandanın oyununda özünü əks etdirəcəyini bildirib. Futbolçular isə çıxışları zamanı azarkeşlərə təşəkkür edərək, onlardan qarşıdakı oyunlarda dəstək istəyiblər.
 
Flaqmanın təcrübəli futbolçularından makedoniyalı Georgievski meydanda azarkeşlərə görə mübarizə apardıqlarını, qələbəni onlara görə qazandıqlarını bildirib.
 
Komandanın bombardiri Bahodir Nasimov da "ağ-qara" rənglərə könül verənlərə "Xəzər-Lənkəran"la oyunda kimin qol vurmasından asılı olmayaraq, qələbə qazanacaqlarına söz verib.
 
Azarkeşlərlə görüşdə "Flaqman" və "UltraNeftçi" fan-klublarının rəhbərləri Ceyhun Bədəlzadə və Ceyhun Əzizli çıxış edərək, komandaya uğurlar arzu ediblər. Onlar "Xəzər Lənkəran"la oyunda komandanın qələbə qazanmasını arzuladıqlarını, lakin bu matçın hər şeyin sonu olmadığını bildiriblər. "Neftçi"nin oyunçuları isə "Xəzər Lənkəran"la derbidə fanatlara qələbə sözü veriblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.