10 fevral 2011 14:18
Elnur Allahverdiyev: Nə vaxta kimi belə davam edəcək, bizdə problem olacaq
“Xəzər Lənkəran”ın və milli komandamızın müdafiəçisi Elnur Allahverdiyev Macarıstanla dünənki yoldaşlıq oyunu barədə fikirlərini dilə gətirib. Azerisport.az saytına açıqlamasında futbolçu 2 cavabsız qolla məğlub olduqları görüşlə bağlı bunları dilə gətirib:
“Mən deməzdim ki, çox pis oynadıq. Çox mənasız qollar buraxdıq. Onları da ki, öz səhvlərimiz ucbatından vurdular. Əsas hücumdakı zəif oyunumuzu vurğulamaq istərdim. Nə vaxta kimi belə davam edəcək, bizdə problem olacaq. Rahid Əmirquliyev nə qədər qaçmalıdı? Kiminsə təhlükə də yaratması lazımdı”.
