10 fevral 2011 14:00
Foqts imtina etsə də, ruslar saxlayır
Rusiya Futbol İttifaqının idman direktoru Nikolay Pisarev bəyan edib ki, 18 yaşlı azərbaycanlı Emin Mahmudovu ölkələrində saxlamağa çalışırlar. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqtsun yığmamızda görmək istəmədiyi futbolçu ilə bağlı qarşı tərəf tam fikirdədi:
“Fikrimcə, bu futbolçunun çox yaxşı gələcəyi var. Belədə əlbəttə ki, Mahmudovu Rusiyada saxlamaq lazımdı və biz də bunun üçün çalışırıq”.
