10 fevral 2011 14:27
Bahodir Nasimov: Vurduğum qolların sayı vacib deyil
"Neftçi"nin özbəkistanlı hücumçusu Bahodir Nasimov azarkeşlərlə görüşdə qarşıdakı oyunlarla bağlı fikirlərini səsləndirib. Azerisport.az xəbər verir ki, özbəkistanlı hücumçu bunları dilə gətirib:
"Mənim vurduğum qolların sayı vacib deyil. Əsas odu ki, həmin qollar komandaya qələbə qazandırsın . Hal-hazırda "Neftçi"də gözəl, yüksək səviyyəli futbolçulardan ibarət kollektiv formalaşıb. Bura bir ailə kimidi. Klub prezidenti daim bizimlə maraqlanır, məşqlərimizi belə qaçırmır. Yəni biz bütün diqqət və qayğı ilə əhatə olunmuşuq. İnşallah, flaqmanda qalacam. Komanda ilə avrokuboklarda öz sözümüzü deyəcəyik. "Neftçi" ən yaxşı yerlərə layiqdi".
