10 fevral 2011 14:51
Belçikanın məşqçisi yığmamızın oyununu izlədi
Yığmamızın dünən Macarıstanla keçirdiyi yoldaşlıq oyununu Belçika millisinin məşqçisi də izləyib. Azerisport.az xəbər verir ki, komandamızın 0:2 hesabıyla yenildiyi görüşü AÇ-2012-nin seçmə mərhələsindəki rəqibimizin çalışdırıcılarından biri oyunun keçirildiyi “Əl-Şabab” stadionundan canlı izləyirmiş.
Qeyd edək ki, Belçika yığmasıyla Azərbaycan millisi arasındakı rəsmi qarşılaşma martın 29-da Brüsseldə baş tutacaq. Lakin onların bizim oyunu yaxından izləyib, analiz etdiyi halda, AFFA tərəfindən rəqibimizin dünənki Finlandiya ilə yoldaşlıq görüşünü izləməyə kiminsə göndərildiyi və ümumiyyətlə həmin oyunun diqqətdə saxlanıldığı haqda heç bir məlumat yoxdu.
