10 fevral 2011 15:00

Everton da Qəbələ`ni darmadağın etdi

Avropa futbolu ilə yaxından tanışlıq və təlim-məşq məqsədilə İngiltərədə səfərdə olan "Qəbələ"nin 14 yaşadək futbolçularından ibarət komandası "Dumanlı Albion"da 2-ci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycan klubunun bu dəfəki rəqibi "Everton" olub.
 
Lakin "Everton" təmsilçimizin qarşısına 14 yaşlı yox, 15 yaşlı futbolçularla çıxıb. Rəqibin heyətində bir neçə 16 yaşlı futbolçu da yer alıb. Matçın nəticəsində də bu amil - yaş və təcrübə faktoru böyük rol oynayıb. Bir gün öncə "Mançester Yunayted"lə üzləşən və "Everton"la oyuna yorğun çıxan həmyerlilərimiz qarşılaşmadan 0:4 hesablı məğlubiyyətlə ayrılıb.
 
"Everton"un əsas komandasının məşq etdiyi "Finç Farm" meydançasında baş tutan qarşılaşmaya rəqib düşərgəsində böyük maraq olub. Matçı izləyənlər arasında "Everton"un əsas heyətində köməkçi məşqçi kimi çalışan Deyv Bellovs və klubun akademiya meneceri Martin Valdronun olması bu fikri bir daha əsaslandırır.
Qarşılaşmadan sonra "Qəbələ" rəsmiləri ilə "Everton" rəhbərliyi arasında işgüzar görüş keçirilib. Toplantıda tərəflər arasında əlaqələrin genişləndirilməsi, "Everton"dakı infrastruktur imkanlarının Qəbələdə tətbiqi məsələləri müzakirə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.