10 fevral 2011 15:46

Qribauskas: Litva klublarında Azərbaycandakı qədər pul yoxdu

“Neftçi”nin litvalı qapıçısı Paulius Qribauskas aldığı zədədən, “Neftçi”dən Azərbaycan və Litva çempionatının oxşar və fərqli cəhətlərindən danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir:
 
- Müalicəniz necə gedir?
- Noyabrda ayağımdakı zədəyə görə əməliyyat olunası oldum və hər şey uğurla keçdi. Vaxtımı elə Litvada keçirirəm, hansı ki, əsasən bərpaolunma mərhələsinə həsr edirəm.
 
- Meydana nə vaxta dönməyi planlaşdırırsız?
- Hələ ki, mən vətəndəyəm. Düşünürəm ki, 5-6 aya meydana dönə biləcəm.
 
- Azərbaycan sizin üçün necə ölkədi?
- Əla. Hazırda mənim çıxış etdiyim Bakının “Neftçi” klubu turnir cədvəlində ilk pillədə yer alır. Əlbəttə, mənim zədə almağım bütün planlarımı korladı. Axı mən əsas heyətdə çıxış edirdim.
 
- Qapıçılarla bağlı rəqabətdən qorxmursuz?
- Komandada daha iki qapıçı var. Biri gəncdi, digəri isə yaşlı və təcrübəlidi. İndi də komandanın qapısını məhz o qoruyur.
 
- “Neftçi” Azərbaycanda çox populyardı?
- “Neftçi” Azərbaycanda “Jalgiris”in Litvada məşhur olduğu qədər populyardı. Komandanın böyük ənənəsi, tarixi var.
 
- Azərbaycan Premyer Liqası Litva çempionatı ilə müqayisədə hansı səviyyədədi?
- Fikrimcə, Azərbaycan çempionatının səviyyəsi daha yükəskdi, nəinki bizim ölkəmizdəki çempionatın. Litva klublarında o qədər pul yoxdu. Buna görə də Azərbaycana gələn legionerlər daha güclüdü.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.