10 fevral 2011 16:21
Arif Əsədov: Hamı Xəzər Lənkəran`la oyunu gözləyir
"Neftçi"nin baş məşqçisi Arif Əsədov fanatlarla görüşdə komandasının gələcəyindən danışıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı aşağıdakı fikirləri səsləndirib:
“Mən bütün azarkeşlərə təşəkkürümü bildirirəm, bilirəm ki, Azərbaycanda çoxlu sayda "Neftçi" azarkeşi var. Bu çox sevindirici haldı ki, "Neftçi"nin azarkeşləri günü-gündən artır. Biz öz oyunumuzla, qazandığımız nəticələrlə çalışacağıq ki, sizin kimi sadiq azarkeşlərin ümidlərini doğruldaq. Rəhbərlik tərəfindən hər cür qayğı ilə əhatə olunmuşuq. Komandamız yüksək səviyyədə hazırlıq keçib”.
Əsədov qarşıdakı derbini də yada salıb: “Bilirəm ki, hamı "Xəzər Lənkəran"la oyunu gözləyir. Bizdə öz növbəmizdə bu məsuliyyəti dərk edirik. Komandanın üzvləri həmin oyunda qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Türkiyədəki, təlim-məşq toplanışında çox ağır məşqlər keçmişik. Ancaq bunun bəhrəsini biz qarşıdakı oyunlarda görəcəyik. Zaman keçdikcə komanda formalaşır, biz səviyyəli legionerlərlə yanaşı çalışırıq ki, gənc futbolçulara da yer verək. Onlar "Neftçi"nin gələcəyidi. Artıq Ruslan Qurbanov, Cavid İmamverdiyev, Mirhüseyin Seyidov, Tərlan Quliyev və digər gənclər əsas heyətdə çıxış edirlər. Flaqmanın böyük gələcəyi var, inşallah bunu özünüzdə görəcəksiz"
