10 fevral 2011 17:12
Emil Mpenza üçün mövsümü erkən bitdi
“Neftçi”nin belçikalı hücumçusu Emil Mpenzanın 6 həftə sonra sıraya dönüşü gözlənilsə də, bu, belə olmayacaq. Azerisport.az xəbər verir ki, Belçika mətbuatı bu futbolçunun durumunun daha ciddi olduğunu yazıb.
Onların yazdığına görə, Mpenza mövsümün sonuna kimi sıradan çıxıb. Həkimlər öncədən futbolçunun 6 həftəyə meydana dönəcəyini bildirsələr də, əməliyyatdan sonra məlum olub ki, futbolçu ən tezi 6 ay sonra oynaya biləcək.
Artıq durumu ilə barışan Mpenza bu haqda açıqlamasında təəssüfünü gizlətməyib: “Mən daha çox ona təəssüflənirəm ki, “Neftçi”yə kömək edə bilməyəcəm. Ancaq komandamız mənsiz də çox güclüdü. Azarkeşlərdən xahişim odu ki, komandamızı dəstəkləsinlər. İnanıram ki, biz uğur qazana biləcəyik. Geri dönüşümdən sonra onları vuracağım qollarla sevindirəcəyimə də ümid edirəm”.
