10 fevral 2011 18:37

Şahin Diniyev: Belə oyunla Belçikaya qarşı heç nə edə bilmərik

Yığma komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin azerisport.az saytına müsahibəsi.
 
- Yığmamızın Macarıstanla yoldaşlıq oyununu necə qiymətləndirirsiz?
- Ümumiyyətlə, darıxdırıxı oyun oldu. Hər iki komandada sürət çatışmazlığı var idi. Bizim yığmamızın hücum xəttində təhlükəli vəziyyətlərin yaradılmaması daha qabarıq hiss olunurdu. Oyunçular yorğun görünürdülər. Ancaq sürətsiz futbol baxımlı olmur. Ona görə biz də 90 dəqiqə darıxdırıcı və heç də maraqlı olmayan bir oyun izlədik. Yığma artıq bir neçə gün idi ki, Dubayda toplanış keçirdi, lakin bu oyunda mən həmin toplanışın nəticəsini görə bilmədim. Oyun baxımından da heç bir yenilik görmədim. Futbolçularımızın meydandakı oyununda bir sistemsizlik var idi. Hücumu başlayacaq futbolçu çatışmazlığı hiss olunurdu. Pleymeyker yox idi və buna görə də demək olar ki, hücum qurmurduq. Yarımmüdafiə ancaq müdafiə olunmaqla məşğul idi. Sürətli hücumlar təşkil edə bilmirdik ki, rəqib müdafiədə özünə gələnə kimi, təhlükə yaradaq.
 
- Qol vurulan epizodlar haqda nə deyə bilərsiz?
- Hər iki hücumlar mərkəzdən quruldu. Hər iki epizodda bizim müdafiəçilər səhvə yol verdi. Çünki düzgün mövqe tutmamışdılar. Təəssüf ki, bizim stopperlərimiz həmin qollar zamanı rəqibi dayandıra bilmədilər. Hər kəs gördü ki, müdafiə xəttimiz necə səhvlərə yol verdi. Oyunçular arasında çox tez-tez anlaşmazlıq yaranırdı. Belə səhvlər rəsmi oyunlarda bizə daha baha başa gələ bilər.
 
- Bəs Macarıstanın oyunu?
- Macarların öz maksimum güclərindən yararlanmadığını düşünürəm. Məncə onlara elə bu oyunla Azərbaycanı məğlub etmək bəs etdiyi üçün belə çıxış etdilər. Ona görə də özlərini çox yormadılar. Onlar xeyli sayda qol vəziyyətləri yaratdılar. Ancaq Ağayev yaxşı oynamaqla komandamızı real qollardan xilas etdi. Oyunun sonlarında onların təhlükəli vəziyyətləri, bizim isə səhvlərimiz ard-arda sıralanırdı.
 
- Belə olan vəziyyətdə 0:2 hesablı yenilgini normal hesab etmək olar?
- Hesab oyuna görə oldu. Onlar daha çox qol vura bilərdilər. İstənilən halda Macarıstan layiqli qələbə qazandı. Ola bilərdi ki, 3:0 və ya 4:0 da uda bilərdilər. Bizim komandanın da epizodları oldu. Ancaq uzaqbaşı 1 qol vura bilərdik. Onlarda isə daha çox və daha təhlükəli alınırdı. Kamran Ağayev olmasaydı, hesab daha pis ola bilərdi.
 
- Komandamızda kim daha çox xoşunuza gəldi?
- Əgər komanda uduzursa, onda hamı uduzur. Ancaq Kamran Ağayevin oyunu mənim xoşuma gəldi. Bizim futbolçular ona minnətdar olmalıdı. Əks halda bilmirəm hesab necə olardı. O, ən azı 3 epizodda komandanı real təhlükədən xilas etdi. Vurğun Hüseynov da pis deyildi. Hiss olunurdu ki, onda bir qədər təcrübə çatışmazlığı var. Ruslan Abışov inamlı oynayırdı. Çertoqanov mərkəzdə nəsə etməyə çalışırdı, ancaq elə də alınmırdı. Cavadov daha çox öz fərdi bacarığından yararlanmağa çalışırdı. Ancaq onun təkbaşına fəallığıyla heç nə edə bilmərik.
 
- Ümumiyyətlə, Dubay toplanışını necə qiymətləndirərdiz?
- Yoldaşlıq oyununda başlıca olan hazırlıqdı. Ancaq məhz bunu görə bilmədik. Dubay toplanışının nəticəsi Macarıstanla oyunda hiss olunmurdu. Bu oyunda bəxtimiz gətirsəydi, hesab məsələn 1:1 də ola bilərdi. Lakin reallıq ondan ibarətdi ki, Macarıstana qarşı biz heç nə edə bilmədik. Meydanda daha çox müdafiəyəmeylli futbolçular var idi. Yəqin ki, onlara müdafiədən oynamaq tapşırığı verilmişdi. Ancaq bunu dəqiq bilmək lazımdı ki, hücum etməyəcəyiksə, onda biz nəticəni də unutmalıyıq. Kim 90 dəqiqə müdafiə olunursa, heç vaxt qələbə qazana bilmir.
 
- Belə oyunla Belçika qarşısında nəsə edə bilərik?
- Ola bilər ki, heyətdə müəyyən dəyişikliklər olsun. Ancaq belə oyunla Belçikaya qarşı heç nə edə bilmərik. Birincisi, oyun Dubayda yox, Brüsseldə keçiriləcək. İkincisi, Belçika öz şanslarını belə boşa verməyəcək. Belçikaya kimi nələrisə dəyişmək lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.