10 fevral 2011 18:24
Elvin Məmmədov: Foqtsun qərarı mənim üçün də müəmmalı qaldı
“Qarabağ”ın və yığma komandamızın yarımmüdafiəçisi Elvin Məmmədov Macarıstanla yoldaşlıq oyunu haqda fikirlərini bildirib. Azerisport.az saytına açıqlamasında o, bu qarşılaşmada baş məşqçinin onu niyə əsas heyətdə meydana buraxmamasından baş açmadığını da dilə gətirib:
“Üç gün idi ki, Berti Foqts məni əsas heyətdə oynadırdı. Ancaq son anda nədənsə qərarını dəyişdi. Nə etmək olar ki, o, baş məşqçidi. Mən ona heç nə deyə bilmərəm. Sadəcə mənimçün bu, müəmmalı qaldı. Onunla aramızda heç bir problem də yoxdu”.
