10 fevral 2011 21:46
Yığmamızdan dünya reytinqində 4 pilləlik irəliləyiş
Futzal üzrə Azərbaycan milli komandası dünya yığmalarının reytinq siyahısında irəliləyib. Azerisport.az xəbər verir ki, komandamızın Bakıda keçirilən turnir çərçivəsində Ukrayna üzərinə qazandığı qələbə 4 pilləlik irəliləyişə səbəb olub. İndi millimizin hesabında 2080 xalı var və 12-ci pillədə qərarlaşıb.
Bütövlükdə isə, dünya reytinqinə yenə İspaniya 2391, Braziliya (2351) və İran (2258) yığmaları rəhbərlik edir. İspaniyadan fərqli olaraq, komandamızın Avropa çempionatının qrup mərhələsindəki digər rəqibləri – Fransa və Qazaxıstan isə ilk “20-liy”yə düşməyiblər.
