10 fevral 2011 11:52
Zoltan Gera Azərbaycan yığmasına qiymət verdi
Macarıstan yığmasının kapitanı, İngiltərənin "Fulham" komandasının aparıcı üzvlərindən olan Zoltan Gera Azərbaycan millisi üzərində 2:0 hesablı qələbə qazandıqları görüşdən sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Azərbaycanla oyun haqda nə deyə bilərsiz?
- Pis oyun alınmadı. Demək olar ki, biz oyunboyu daha çox nəzarət edən tərəf olduq. Futbolda qələbə qazanmaq həmişə çox xoş olur. Məndə də indi məhz belə hisslər var.
- Bəs rəqibi necə dəyərləndirərdiniz, bizim yığmamızı?
- Rəqib komandanın yaxşı məşqçisi var və... (Gera burda fasilə verir və bilmir kimi qeyd etsin – red.) bəzi futbolçuları. Bütövlükdə pis görünmürdülər. Zamanla komandanız daha yaxşı futbol sərgiləyəcək.
- Vurulan qolların məhz bizim futbolçuların səhvi nəticəsində gerçəkləşdiyini demək olar?
- Prinsipcə, futbolda bütün qollar məhz səhvlərdən sonra vurulur. Ancaq bunu bizim komandanın hesabına yazmaq lazımdı (gülümsəyir). Axı biz də çalışırdıq.
- Meydanda hakimlərdən çox narazı idiniz və hətta matçdan çıxandan sonra onların otağına da getdiniz...
- Mən özüm də başa düşdüm ki, düzgün hərəkət etmədim. Bəzi xoşagəlməz ifadələr səsləndirdim. Buna görə sonradan onlara yaxınlaşıb üzr istəməyi və idarəçiliklərinə görə təşəkkürümü bildirməyi özümə borc bildim.
- Hakimlik sizi razı salmadı ki?
- Hakimlik sizi razı salmadı ki?
- Mənə elə göründü ki, onlar heç də düzgün qərar vermədi. Amma istənilən halda mən soyuqqanlı olmağa borclu idim.
- Martın sonunda siz Hollandiya, Azərbaycan isə Belçika ilə oynayır. Şanslarımızı necə dəyərləndirərdiz?
- Belçika özü-özlüyündə heç də adi rəqib deyil və istənilən komanda üçün onlarla qarşılaşmaq çox ağırdı. Siz onlarla səfərdə qarşılaşacaqsız?
- Tamamilə doğrudu...
- Əgər yarımmüdafiə xəttiniz onlarla mübarizədə uduzmasa, onda hər şey yaxşı ola bilər.
