10 fevral 2011 00:04
Berti Foqts: Muradla Arif heç də digər oyunçulardan pis deyildi
Milli komandamızın baş məşqçisi Berti Foqts Macarıstanla yoldaşlıq oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, yığmamızın almaniyalı çalışdırıcısı yeni ilin ilk oyunundakı 0:2 hesablı yenilgini belə şərh edib:
“Mən bilirdim ki, çətin olacaq. Rəqib bizi sürətdə çox üstələyirdi. Macarlarda fasilə olmadığından onlar formada idilər. Bizdə isə hələ çempionatdakı fasilə başa çatmayıb.
Ümid edirəm ki, Belçika ilə oyuna kimi futbolçularımız formalarını tam edə biləcəklər. Murad Hüseynovla Arif İsayevdə günah axtarmaq lazım deyil. Onlar komandanın digər üzvlərindən heç də pis çıxış etmədilər.
Biz qolları yenə hücumdan müdafiəyə keçərkən yol verdiyimiz səhvlərin nəticəsində buraxdıq. Günahı bəzi oyunçularda axtarın”.
