10 fevral 2011 12:14
“Əsas odu ki, mövsümün sonunda çempion olaq”
"Neftçi"nin makedoniyalı futbolçusu Slavço Georgievski qarşıdan gələn “Xəzər Lənkəran”la derbi haqqında danışıb. Azerisport.az xəbər verir ki, o, cənublularla prinsipial görüş öncəsi bunları dilə gətirib:
“Xəzər Lənkəran”la görüş mənim üçün qələbə qazanmalı olduğumuz çempionat oyunudu. Təbii ki, bu oyunun Azərbaycanda necə səbirsizliklə gözlənildiyini bilirik. Bu, Azərbaycanın ən böyük derbisi hesab olunur. Ancaq bir şeyi nəzərə almaq lazımdı ki, Premyer Liqa bir matçdan ibarət deyil, bütün görüşlər bizim üçün vacibdi. Bu oyunla yanaşı, digər görüşləri də qazanmaq lazımdı. Əsas odu ki, mövsümün sonunda çempion olaq. Çünki komandamız uzun müddətdi qızıl medalları qazana bilmir. Biz çempion olaraq, bu çempionluğu klubun rəhbərliyinə, "Neftçi" azarkeşlərinə həsr etmək istəyirik”.
