10 fevral 2011 00:16
“Azərbaycan yığması gözəçarpaçacaq dərəcədə tərəqqi edib”
Dubayda keçirilən Azərbaycanla yoldaşlıq matçı barədə Macarıstan yığmasının baş məşqçisi Sandor Egervari də öz fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, rəqibimizin çalışdırıcısı 2 cavabsız qolla qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Hər iki komanda çox mütəşəkkil oyunu ilə seçildi. Azərbaycan yığması gözəçarpaçacaq dərəcədə tərəqqi edib. Mən öyrəndim ki, bu komanda Türkiyə yığmasını məğlub edib və görünür ki, bu heç də əbəs deyil. Fikrimcə, onların Belçika ilə oyunda gözəl şansları var”.