10 fevral 2011 00:28
Foqts: Mahmudov yığmada çıxış etməyəcək
Yığma komandamızın baş məşqçisi Berti Foqts bildirib ki, Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Emin Mahmudovu yığmamıza cəlb etməyə hazırlaşmır. Azerisport.az xəbər verir ki, almaniyalı məşqçi fikrini belə əsaslandırıb:
“Oyunçu yığma komandada çıxış etməyi özü istəməlidi. Əgər Mahmudov bunu istəmirsə, onda yığmada çıxış etməyəcək. Elə olacağı halda, mən onunla komandamda işləmək istəmirəm”.
