10 fevral 2011 12:27
İnter və Neftçi`nin oyunçuları Eto`oya qarşı oynadı
"Neftçi" və "İnter"in futbolçuları çıxış etdiyi Makedoniya millisinin son yoldaşlıq oyununun iştirakçısı olublar. Azerisport.az xəbər verir ki, makedoniyalıların Kamerun yığması ilə qarşılaşmasında Premyer Liqamızda top qovan oyunçular da iştirak edib.
Samuel Eto`onun da iştirak etdiyi matçda Kamerun millisi 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna 75-ci dəqiqədə Mattey Mbuta imza atıb.
Makedoniya millisinin baş məşqçisi bu görüşdə "Neftçi"nin oyunçusu İqor Mitreskiyə start heyətində şans verib. Onu 62-ci dəqiqədə Moysov əvəzləyib. "İnter"in üzvü Filip Despotovski isə matçın fasilədən sonra Darko Tasevskinin yerinə meydana çıxıb.
