10 fevral 2011 12:35
Qarabağ`ın oyunçuları Sloveniya ilə bacarmadılar
“Qarabağ”ın futbolçularının çıxış etdiyi Albaniya yığması da dünən yoldaşlıq oyunu keçirdi. Azerisport.az xəbər verir ki, albanlar Sloveniya yığmasını sınağa çəkib.
Oyun Sloveniyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın qollarına Milivoye Novakoviç və Zlatko Dediç imza atıb. Albaniyanın heyətində isə Ervin Bulku fərqlənib.
Albaniya millisinin baş məşqçisi "Qarabağ"ın oyunçusu həm Ansi Aqolliyə, həm də Admir Teliyə start heyətində şans verib və onları 90 dəqiqə meydanda saxlayıb.
