10 fevral 2011 00:39
Şahin Diniyev: Millimiz ancaq müdafiə olunmağı düşünür
Yığmamızın sabiq baş məşqçisi Şahin Diniyev Azərbaycan millisinin Macarıstanla yoldaşlıq görüşü barədə fikirlərini bildirib. Azerisport.az saytına açıqlamasında təcrübəli mütəxəssis komandamızın 2 cavabsız qolla məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“Maraqlı oyun oldu. Lakin matçın gedişində komandamızın oyununda sistemlilik görmədim. Pleymeyker yox idi, bizimkilər ancaq müdafiə haqda düşünürdülər. Macarıstan layiqli qələbə qazandı. Kamran Ağayevə sağ ol demək lazımdı. O, olmasaydı, daha 3-4 qol buraxacaqdıq”.
