11 fevral 2011 00:08
Bakı birinci divizion klubuyla bacarmadı
Qış fasiləsindən sonrakı ilk Premyer Liqa oyununa – “Muğan”la görüşə hazırlaşan “Bakı” hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, klub bazasında keçirilən qarşılaşmada komandanın rəqibi birinci divizion təmsilçisi "Bakılı" olub.
Oyuna qarışıq heyətlə çıxan "Bakı" qələbə qazana bilməyib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Bakı”nın yeganə qolunu Ruslan Leviqa vurub.
