11 fevral 2011 13:05
Şaxtyor`un sabiq oyunçusu rəsmən Bakı`da (FOTO)
"Bakı" futbol klubu ukraynalı hücumçu Ruslan leviqa ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, müqavilə şərtlərinə əsasən, Leviqa 1 il müddətində "Bakı" futbol klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, xeyli müddət idi “zolaqlılar”ın düşərgəsində baxışda olan Leviqa 1983-cü ilin 31 yanvar tarixində Ukraynada anadan olub. Ukraynanın "Şaxtryor" Donetsk, "Metallurq" Donetsk, "Borisfen", "İlyiçevets", "Çernomorets", Rusiyanın "Sokol" Saratov klublarında çıxış edib. Son iş yeri Qazaxıstanın "Tobol" Kustanay klubu olub.
Ruslan Leviqa Ukraynanın gənclərdən ibarət milli komandasında (U-21) 2 oyun keçirib, 1 qola imza atıb. Boyu 185 sm, çəkisi 78 kq-dı.
