11 fevral 2011 00:29
Roland Yuhaş: Daha güclü rəqib gözləyirdim, nəinki Azərbaycan
Macarıstan yığmasının və Belçikanın “Anderlecht” klubunun müdafiəçisi Roland Yuhaş Azərbaycan millisi üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Mən müəyyən qədər daha güclü rəqib gözləyirdim, nəinki Azərbaycan yığması kimi. Hiss olunurdu ku, biz rahatca oyuna diqtə edirik. Bu, xüsusilə ikinci hissədə aşkar hiss olunurdu. Fikrimcə, biz Hollandiya ilə oyuna çox yaxşı hazırlaşa bildik”.
