11 fevral 2011 00:53
AZAL-ın yeni stadionuna UEFA-dan 2 ulduz
AZAL Şüvəlan qəsəbəsində inşa etdirdiyi stadion UEFA-dan iki ulduz alıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumunun müvafiq rəsmiləri paytaxtımızda olub və lazımı yoxlamalarını apardıqdan sonra qərarlarını açıqlayıblar.
Lakin paytaxt klubunun yeni arenasına UEFA-nın lisenziyasının gələn ay verilməsi gözlənilir. Qeyd edək ki, artıq mart ayından etibarən “təyyarəçilər” ev oyunlarını məhz Şüvəlan qəsəbə stadionunda keçirməyə başlayacaqlar.
