11 fevral 2011 13:31
7 ardıcıl məğlubiyyətdən sonra qovuldu
İtaliya A Seriyasında daha bir baş məşqçi dəyişikliyinə əl atılıb. Azerisport.az xəbər verir ki, ardıcıl 7 məğlubiyyət “Bari” rəhbərliyini Campyero Venturanın postundan qovulmasıyla nəticələnib.
Artıq klub rəhbərliyi dərhal ona əvəzləyici də tapıb. Onun yerinə gətirilən Bortolo Mutti ilə mövsümün sonuna kimi müqavilə bağlanılıb.
Qeyd edək ki, 63 yaşlı Ventura 2009-cu ildən “Bari”ni çalışdırırdı. Lakin son dövrlər heç vəhclə uğursuz zolaqdan çıxa bilməyən mütəxəssisin komandası 24 turdan sonra keçirdiyi oyunların 16-da məğlub olmaq şərtilə sonuncu pillədə qərarlaşıb. Yeni məşqçilər korpusunun bu bu çətin vəziyyəti dəyişməsi də inandırıcı görünmür.
