11 fevral 2011 01:15
Fulham`in oyunçusu: Azərbaycan heç də sıradan rəqib deyildi
Macarıstan yığmasının kapitanı, İngiltərənin "Fulham" komandasının aparıcı üzvlərindən olan Zoltan Gera Azərbaycan millisi üzərində 2:0 hesablı qələbə qazandıqları görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Rəqibimiz heç də sıradan komanda deyildi. Birinci hissədə Azərbaycan millisi topu özlərində çox yaxşı saxlamağı bacarırdı. Ancaq fasilədən sonra aşkar şəkildə hiss olunurdu ki, biz daha yaxşı oyun sərgiləyirik. Düşünürəm ki, biz nəticədən narazı ola bilmərik. Sadəcə bizə indi bu oyundan lazımı nəticələr çıxarmaq qalır”.
