11 fevral 2011 13:37

Rauf Əliyev: Belçikada xal qazana bilərik

Azərbaycan yığmasının və “Qarabağ”ən forvardı Rauf Əliyev azerisport.az saytına müsahibəsində Dubay toplanışından və Macarıstana məğlubiyyətdən danışıb.
 
- Yığmanın Macarıstana yenilgisini necə şərh edərdiniz?
- Rəqibin necə proqressiv futbol sərgilədiyi göz önündə idi. Biz qələbə qazanmaq istəyirdik. Ancaq oyunumuz alınmadı. Biz çox qaçdıq. İkinci hissədə hətta iki qol vəziyyətimiz də oldu. Lakin bu, uğur qazanmaq üçün yetərli deyil.
 
- Niyə millimiz hücumda bu qədər dişsizdi? Standart vəziyyətlərdən başqa macarların qapısı önündə təhlükəli vəziyyət görmədik...
- Hücumçuya lazım olan ötürmələr yox idi, hansı ki, biz gözləyirdik. Belə vəziyyətdə də hücumçulara nəsə etmək çox çətindi.
 
- Yığma mərkəzdə demək olar ki, yaradıcısız oynayırdı...
- Düzdü, bizdə orta sahədə yaradıcı fiqur yox idi. Biz sadəcə o haqda düşünürdük ki, rəqibin oyununu necə pozaq. Belədə necə təhlükə yarada bilərdik? Hücumçu topu ələ keçirmək üçün geri qayıdır, ondan sonra hücuma atılır. Belə çox çətindi.
 
- Belə oyunla Brüsseldə nəyə ümid edə bilərik?
- Əgər yaxşı hazırlaşa bilsək, oyun öncəsi taktikamızı dəyişə bilsək, nəsə edə bilərik. Məsələn, heç-heçəyə nail olmaq mümkündü.
 
- Macarlarla görüşü belçikalı məşqçilər də izləyirdi...
- Yığma klub deyil və heç vaxt eyni oyunu sərgiləyə bilməz. Ola bilər ki, elə məhz Belçikadakı görüşdə tam fərqli oyun göstərək.
 
- Rəşad Sadıqovun qayıdışı sizin Azərbaycan çempionatında uğur qazanmağınıza nə dərəcədə kömək ola bilər?
- Bu, onun tərəfindən klubumuza çox böyük kömək olacaq. Onun “Qarabağ”dakı çıxışını hamı görüb. İnanıram ki, onun gəlişi ilə biz çempionluq uğrunda da mübarizə apara biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.